﻿.87.

əl-Əla (Ən uca) surəsi

(Məkkədə nazil olmuşdur, 19 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!

O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.

O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.

O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.

Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.

(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan;

Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.

(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver!

(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!

Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.

(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.

Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.

O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!

Halbuki axirət daha xeyirli və daha baqidir.

Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur -

İbrahimin və Musanın kitablarında!